İndiyədək İranın 31 vilayətinin 30-nda yeni koronavirusa (Covid 19) yoluxma halı təsdiqlənib.
Bu, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin hazırladığı infoqrafikada öz əksini tapıb.
İnfoqrafikaya da 2 922 nəfərin yeni virusa yoluxma halı və 92 nəfərin bu virus nəticəsində dünyasını dəyişməsi təsdiqlənib. İndiyədək 552 nəfər sağalıb.