• 25 Sentyabr 2020
logo
İtaliyada bütün məktəb və universitetlər bağlana bilər

İtaliyada bütün məktəb və universitetlər bağlana bilər

İtaliya Nazirlər Şurası koronavirusun yayılması ilə əlaqədar ölkə ərazisində bütün məktəb və universitetlərin iki həftə müddətinə bağlanması qərarını müzakirə edir.

Trend-in məlumatına görə, müvafiq qərar yaxın saatlar ərzində verilə bilər.

İtaliya mətbuatı yazır ki, qərar qəbul olunacağı təqdirdə məktəblər ya sabahdan, ya da martın 9-dan bağlanacaq.

Bu günədək İtaliyada koronavirusa yoluxanların sayı 2500 nəfəri ötüb. 79 nəfər virusun qurbanı olub.