• 17 Yanvar 2021
logo
İranda koronavirusa yoluxanların sayı artdı

İranda koronavirusa yoluxanların sayı artdı

İranda yeni koronavirus (COVID 19) nəticəsində indiyədək 2922 nəfər yoluxub. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib. K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində daha 586 nəfər bu virusa yoluxub: "Tehran vilayətində 253, Gilan vilayətində 35, Mazandaran vilayətində 9, Simnan vilayətində 8, Gülüstan vilayətində 9, Şərqi Azərbaycan vilayətində 9, Kürdüstan vilayətində 4, Kirmanşah vilayətində 15, İlam vilayətində 7, Lorestan vilayətində 5, Xuzistan vilayətində 27, Fars vilayətində 14, Zəncan vilayətində 6, Mərkəzi vilayətdə 8, Qəzvin vilayətində 25, Əlborz vilayətində 19, Qum vilayətində 101, Çahar-Mahal və Bəxtiyari vilayətində 1, Kirman vilayətində 14, Sistan və Bəluçestan vilayətində 8, Rəzəvi Xorasanı vilayətində 8, Şimali Xorasan vilayətində 1 nəfərin yeni koronavirusa yoluxması ötən sutka ərzində bəlli olub" ,- deyə o qeyd edib. Cahanpur bildirib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib və İranda bu virus nəticəsində ölənlərin sayı 92-yə yüksəlib. Nazirlik rəsmisi əlavə edib ki, sağalanların sayı isə 552 nəfərə yüksəlib. Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 2 336 nəfərin yeni koronavirusa yoluxduğunu, 77 nəfərin dünyasını dəyişdiyini, 435 nəfərin sağaldığını bildirmişdi.