• 12 İyul 2025
logo
Cənubi Koreya koronavirusla mübarizəyə əlavə vəsait ayıracaq

Cənubi Koreya koronavirusla mübarizəyə əlavə vəsait ayıracaq

Cənubi Koreya koronavirusla mübarizəyə əlavə olaraq 10 milyon dollara yaxın vəsait ayıracaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi bildirib.

Qeyd olunub ki, vəsaitlərin əsas hissəsi Könsan-Pukto əyalətinə və Tequ şəhərinə yönəldiləcək.

Vəsaitlər xəstəliklə mübarizəyə, eləcə də virusdan zərər çəkmiş müəssisələrə xərclənəcək.

Bu, Cənubi Koreya tarixində infeksiya xəstəliyi ilə mübarizəyə ayrılmış ən böyük vəsait olub.