• 25 Aprel 2024
logo
Taliban daha güclüdür

Taliban daha güclüdür

Tükənən resurslar tükənməyən münaqişələr yaradır

Mayın 27-si İran-Əfqanıstan sərhəddinin Sistan-Bəlucistan bölgəsində ən azı üç nəfərin ölümü ilə nəticələnən qarşıdurmada iki İran, bir Taliban əsgərinin öldüyü deyilir. Hətta Taliban komandirlərindən və rəsmilərindən olan Əbdül Həmid Xorasani İran rejimini: "korrupsiyalaşmış ölkə adlandırıb və cihadla hədələyib. Əgər böyüklərimiz icazə versələr, Tehranı işğal edəcəklərini deyib. Onlarla Amerikadan da çox əzmlə müharibə edəcəklərini bildirib." Taliban və İran müharibədə maraqlı olmadıqlarını açıqlayıblar. Amma hər iki tərəfin də bölgəyə hərbi qüvvələr cəlb etdiyi qeyd edilir.
Politoloq Azəör Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, 2021-ci ildə Əşrəf Qani təntənəli şəkildə Gilmənd çayı üzərində "Kamal Xan" bəndinin açılışını edir və İranın Sistan-Bəlucistan bölgəsini praktiki olaraq susuz qoyur. Ümümiyyətlə, Əfqanıstanın şimalı və İranın cənubu quraqlıq ərazilərdir. Əfqanıstan dağlıq ərazilər olduğu üçün əsasən çay suları bu dağlarda formalaşır və bu səbəbdən də Əfqanıstanın su resurslarına nəzarət hüququ daha çoxdur: “Gilmənd çayının resursları 1973-cü ildə imzalanmış "su istifadə edilməsi üzrə" müqaviləsinə əsasən tənzimlənir. İran keçən həftə suya olan hüquqlarına hörmət edilməsini tələb edib və qeyd edib ki, Gilmənd çayı üzərindəki bənd suyun iki ölkə sərhəddindəki hər iki ölkənin istifadəsində olan Hamun gölünə tökülməsinin qarşısını alır”.
A.Qasımov onu da vurğulayıb ki, İran-Əfaqnıstan arasındakı gərginlik hələ 1998-ci ildə keçmiş əfsan höküməti olan Əşrəf Qanı dövründən davam edir. Onda taliblər Əfqanıstanın şimalında Məzari-Şərif şəhərini ələ keçirib, konsulluqda on İranlı diplomat və bir jurnalisti öldürmüşdü. Gərginlik qalır və hadisələrin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı realdır. Taliban Əfqanıstan idarəçiliyini ələ aldıqdan sonra ölkədə vəziyyət ürəkaçan deyil. İran rejiminin də durumu onlardan fərqlənmir. Əslində hər iki rejim üçün də daxili problemlərdən diqqəti yayındırmaq üçün belə bir qarşıdurma lazımdır. Talibanın isə ən yaxşı bacardığı elə müharibədir. Onlar müharibə üzrə ixtisaslaşmış professional insanlardır. Talibanın yaranma tarixi və keçdiyi yola nəzər salmaq kifayət edir: “1979-cu ildə Sovet ordusu dini qrupları ləğv etmək adı altında Əfqanıstanı işğal etmək fikrinə düşür və ora ordu yeridir. Əfqan xalqı kiçik qruplarla (mücahidlər) onlara müqavimət göstərirlər. Onların vahid komandanlığının olmaması, kiçik qruplarla hərəkət etməsi, hücum edib qaçmaq taktiki, qələbə qazanacaqlarına əmin olmadığı döyüşə girməmələri, dağlıq ərazi sovet ordusunu çətin vəziyyətə salır. Sovetlərin köməyinə Mi24 helikopterləri çatır, amma Amerikanın mücahidlərə daşına bilən və çiyindən atılan "Stinger" raketləri verdikdən sonra bu üstünlüyünü də sovetlər itirir. Hər gün bir, ya iki Mi24 vurulur. Hər şeyi maliyyə həll edir. "Stinger" raketinin qiyməti 40min dollar, Mi24 isə 10milyon olduğu üçün hər şey bitir. Mücahidlər həm kəndli, həm də döyüşçü olduqları üçün ruslar Qorbaçovun təklifi ilə kənd əhalisini sıxışdırmağa, heyvanlarını helikopterlərdən qırmağa, əkin sahələrinə minalar atmağa, xüsusən də, uşaqlar üçün oyuncaq minalar atmaqla onları əlil etmək və ailələrin ümidini, müqavimətini qırmağa hesablanmış addımlar atırlar. Bu da əhalinin çox hissəsini paytaxt Kabildə toplanmasına, paytaxt əhalisinin üç dəfə artmasına səbəb olur. 6milyondan çox qadın, uşaq Pakistan və İrana qaçır, kişilər isə qalıb müqavimətlərini davam etdirirlər. Əfqan kişiləri və nisbətən böyük oğlan uşaqları müharibənin də təsiri ilə dəyişirlər. Böyüklərin yanında böyüyən oğlan uşaqlarının psixoloji durumu dəyişir, qəddarlaşır.
Pakistana qaçan 6 milyon qadın və uşaq orda yaşamağa davam edirlər. Pakistanın Pişəvəri şəhərində etnik puştunlar Əfqanıstanda döyüşən bacı-qardaşlarına dəstək üçün qruplaşma yaratmağa vəsait yığmağa başlayırlar və məlum olur ki, 80-dən çox belə qruplaşma var. Pakistanın İdarələrarası kəşfiyyat (İK) orqanı onları nəzarətə götürür. Buna kimi nisbətən kiçik təşkilat və Pakistanın siyasi həyatında kiçik oyunçu olan İK, tədricən həm özü, həm də qruplar Amerika və Səudiyyə Ərəbistanından gələn pullarla daha da böyüməyə başlayır”.
İK özünün favoriti hesab etdiyi qruplara silah və pul verib sərhəddən Əfqanıstana göndərir. Hər bir pakistanlı qrup digərlərindən fərqlənməyə və liderlik etməyə, "Əfqan işinə" daha çox can yandırdığını sübut etmək üçün daha radikal İslam konsepsiyalarına üz tuturlar. Əfqanıstanda müharibə uzandıqca, həmin qruplar daha da fanatik olmağa başlayırlar ki, artıq bu həyat tərzi onlarda ekstremist normaya çevrilir. 1989-cu ildə sovetlər artıq duruş gətirə bilmir və Əfqanıstanı tərk edir. Onların dəstəklədiyi Nəcibulla rejimi də 1992-ci ildə devrilir və paytaxt Kabil mücahidlər tərəfindən ələ keçirilir.
Qruplar arasında vahid komandanlıq olmadığı üçün həmin qruplar Kabilin müxtəlif məhələlərini ələ keçirirlər və bir-birlərinə minlərlə raket atırlar. Şəhərin əksər hissələri dağılır. Qrupların qarşılaşdığı digər şəhərlərdə də eyni vəziyyət hökm sürür. Nəticədə sovetlərin kəndlərdə etdiyinı mücahidlər şəhərlərdə edirlər. Ölkə bölgələrə bölünür, onlar gedən yolların arasında nəzarət buraxılış məntəqələri yaradılır: “Sovetləri kənd əhalisinin azaldılması planına görə Pakistana qaçan uşaqlar yadınızdadır. Atasız, kasıb, çadır düşərdələrdə keçirilən uşaqlıq, uşaqlıq deyildir. Pakistanda belə düşərgələrin dörddə üçünün 15 yaşa kimi uşaqlar təşkil etdiyi hesab edilirdi. Bütöv bir nəsil bu düşərgələrdə böyüyüb, yetişmişdi. Yeganə çıxış yolu kimi pulsuz təhsil verən Pakistan mədrəsələri olur. Bunlar Pakistanın İslam partiyalarına, İK təşkilatına bağlı olan, varlı Səudiyyə ailələri tərəfindən maliyyələşən və onların tapşırıqlarını yerinə yetirən din xadimləri tərəfindən idarə edilirdi. Bu mədrəsələr uşaqlara gələcəyə ümid yeri olur”.
Politoloqun fikrincə, Pakistanda və Əfqanıstan sərhəddində 2 mindən çox belə mədrəsə fəaliyyət göstərirdi ki, bu məktəblərdə də 220 mindən çox uşaq gərs alırdı. Belə qapalı məktəblərdə dərs alan uşaqların gələcəyinin necə olacağını anlamaq elə də çətin deyildi. Ətraf mühitdən təcrid edilmiş bu qaçqın uşaqlarını "Vəhabi" inanclı yetişdirib, tələbələri inandırdılar ki, onlara dünyanı zülmdən qurtarmaq missiyası verilib. Bu mədrəsələrin bir çoxu hərbi təlim də verirdi. Beləliklə "Taliban" yarandı. "Taliban" tələbə deməkdir: “Əfqan şəhəri Qəndəharda bir qrup cavan taliban üzvləri dini öndər Molla Ömərin rəhbərliyi altında öncə mücahidlərin nəzarətində olan bir neçə bölgəni ələ keçirir. Bu, yerli sakinlər üçün arzuedilən dəyişiklik olur. Bir çox mücahid qruplar qarət, hədə-qorxu ilə soyğunçuluqla məşğul olurdular. Talibanın gəlişi ilə belələri asılır, oğruların əlləri kəsilir bə digər cinayətkarlar da eyni şəkildə cəzalandırılır. Taliblərlin gəlişi mücahidlərdən fərqli olaraq bir çox əfqan üçün stabilliyin və qayda-qanunun xəbərçisi kimi görünür. Qəndaharda baş verən hadisə Pakistan təhlükəsizlik orqanlarının diqqətini cəlb edir. Onlar sürətlə artan talib güclərinə silah, maddi dəstək verməklə əlavə hazırlıq aparırlar. 1994-cü ildə taliblər Əfqanıstan-Pakistan sərhəddində müvahidlərin qurduğu nəzarət-keçid məntəqələrinin ləğv edirlər. Bununla da Pakistan mallarının əfqan bazarlarına daxil olmasının yolu açılır, qiymətlər yol vergilərinin ləğv edilməsinə görə ucuzlaşır. Bundan sonra taliblər Qəndaharı tam olaraq ələ keçirirlər və bütün hərbi texnikaya sahib olurlar. Buna kimi isə Pakistan öz sərhədlərini açmaqla bütün taliban üzvlərinin Əfqanıstana daxil olmasına şərait yaradır. Əfqan xalqının müdafiəyə və köməyə ehtiyacı var idi və bunu taliblərin gəlişi həll edir. Qəndaharın ələ keçirilməsindən sonra taliblər mücahidləri Qəzni, Vardak, laqar və s. şəhərlərdən çıxarırlar. 1995-ci artıq Herat şəhəri azad edilir və taliblər paytaxt Kabilə doğru gedirlər. 1996-cı ilin sonuna Kabil sakinləri görürlər ki, paytaxt küçələrinə qara türbanlı cavan adamlar tərəfindən nəzarət edilir. Taliblər öz şəhərlərində ruslar kimi yad görünür, başqa dialektdə danışır, başqa ölkədə təhsil alır və 80-ci illərin qaçqın ailələrinin varisləri idilər. Taliblər hakimiyyətdə möhkəmlənəndən sonra onların əsil niyyətləri üzə çıxır. Bundan sonra qadınların ictimai işlərdə iştirakı qadağan edilir, oğrular əllərindən olur, mahnı, filmlər, hətta fotoqrafiya qadağan edilir, teatrlar məscidə çevrilir. Video mağazalar yandırılır, televizorlar sındırılır, mərc oyunları qanundan kənar elan edilir, ev heyvanları saxlamaq qadağan edilir, islamdan kənar bayramların keçirilməsi cinayət hesab edilir. Əfqanıstanın milli adəti olan "hava ilanlarının" buraxılması qadağan edilir. Bütün kişi və qadınların şəriət qanunlarına uyğun geyim geyinməsi tələb edilir, saqqal kişilər üçün vacib sayılır, müəyyən edilmiş vaxtda dua etməyənlər cəzalara məruz qalırlar.
Əfqanıstan totalitar dövlət olur. Dünyanın böyük hissəsi taliblərin hərəkətlərinə göz yumurlar, çünki Şərqi Avropada baş verən hadisələr daha vacib idi. Amerikan siyasətçilər talibləri az tanıyırdılar və son nəticədə onlar inanırdılar ki, onlar Səudiyyə Ərəbistanı tipli dövlətə çevriləcəklər. Ağ evdə buna xüsusi əhəmiyyət vermirdilər”.
1998-cu ildə mücahid ərəb-əfqan qruplaşması olan Əl-Kaidə Amerikaya müharibə elan edəndən sonra hər şey dəyişdi. Amerikan qanunvericiləri hazırlıqsız yaxalanmışdılar. Onlar Pakistanlı dostlarından vəziyyəti aydınlaşdırmağı xahiş edirlər, amma artıq bu vaxta kimi Pakistan Taliban üzərindəki təsirini itirmişdi. Həqiqətdə isə məlum olur ki, pakistanlılar tərəfindən puştun şovinizminin təşviq edilməsi Pakistanın özünün ərazi bütövlüyünü zərbə altında qoyub. Pakistan İdarələrarası Kəşfiyyat idarəsi siyasi rəhbərləri bu sosial təkamülü öncədın görə bilməmişdilər, bununla yanaşı İK idarəsinin aşağı rütbəli əməkdaşları illərlə öz tərəfdaşları ilə yan-yana işləmiş, onlara qarşı şəxsi simpatiyaları yaranmışdı.IK idarəsinin bu əməkdaşları Pakistanın milli fədailəri olmaqla yanaşı, eyni zamanda, Taliban üzvləri idilər.
Pakistan rəhbərliyi monstr yaratdığını anlamışdı və İK nın aşağı üzvlərinin onlara tabe olmayacağından çəkinərək taliblərə qarşı hərəkət etmirdilər, hətta qorxurdular ki, onlar dövlət çevrilişi edərlər. Hadisələrin belə gedişi Taliban üçün geniş fəaliyyət şəraiti yaradır, talibanizm və ya puştun şovinizmi Əfqan-Pakisyan sərhəddini zəbt edir. Taliban indi istədiyini edə bilir. Mücahidlərin liderləri məhv edildi. Molla Ömər Pakistan rəhbərliyinə xəbərdarlıq etdi ki, əgər Pakistan şəriət qanunları ilə yaşamasa daxili qeyri-stabilliklə qarşılaşacaq. Taliblərin önü tamamilə açıldı və Amerikaya 11 sentyabr terror hücumundan sonra Əfqanıstan yenidən diqqət mərkəzində oldu: “Əfqanıstana daxil olandan 20 il sonra Amerika yenidən Əfqanıstanı Talibana verib, 2021-ci il 11sentyabrına kimi ordan çıxdı. Taliban artıq daha güclüdür. Amerikanın 20 ildə Əfqanıstana yığdığı silah-sursat onların əlindədir. İran da bundan çəkinir. Hesab etmək olar ki, Talibanın İran rejimi üzərində oynanılan geosiyasi oyunlara alət olub-olmayacağından asılı olaraq, hal-hazırkı qarşıdurmanın taleyi bəlli olacaq”.

Cavid