• 5 İyul 2025
logo
Suriyada parlament seçkiləri keçiriləcək

Suriyada parlament seçkiləri keçiriləcək

Suriya Prezidenti Bəşər Əsəd aprelin 13-də parlament seçkiləri təyin edib.

Trend-in məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti xəbər verib.

Qeyd edək ki, Suriyada sonuncu dəfə parlament seçkiləri 2016-cı ildə baş tutmuşdu.

O zaman 250 yer uğrunda 3500 namizəd mübarizə aparırdı. Seçkidə iştirakçı fəallığı 57,56 faiz təşkil etmişdi.