• 16 Yanvar 2021
logo
İranda koronavirusdan ölənlərin sayı artıb

İranda koronavirusdan ölənlərin sayı artıb

İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 77 nəfərə çatıb.

Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Әlirza Rәisi deyib. Bu barәdә Trend ISNA informasiya agentliyinә istinadәn mәlumat verib.

Ә.Rәisinin sözlərinə görə, ötən sutka ərzində 11 nəfər dünyasını dəyişib.

Rәisi әlavә edib ki, ötәn sutkada 835 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb və ümumilikdə 2 336 nəfər bu virusa yoluxub.

Nazirlik rəsmisi bugünədək xəstəxanalara 7,28 min nəfərin müraciət etdiyini, 4,312 nəfərin şübhəli olduğunu deyib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin dünyasını dəyişdiyini, 291 nəfərin sağaldığını bildirmişdi.