• 21 Yanvar 2021
logo
Tehran metrosunda gediş haqqı artırıldı

Tehran metrosunda gediş haqqı artırıldı

İran paytaxtı Tehran şəhərində metronun gediş haqqının 25% artırılması ilə bağlı qərar qəbul edilib.

Qərar Tehran şəhər bələdiyyəsində keçirilən iclasda qəbul edilib. Bu barədə Trend Fars informasiya agentliyinə istinadən məlumat verib.

Qərara əsasən, Tehran şəhəri daxilində metro ilə gediş haqqı 15 min rial (təxminən 0,34 dollar), Tehran ətrafına gediş haqqı isə 18 min rial (təxminən 0,42 dollar) nəzərdə tutulub.

Qərarda qeyd olunur ki, Tehrandan Əlborz vilayətində Həştgerd şəhərinə metro ilə gediş-gəliş (təxminən 60 kilometr) 50 min rial (təxminən 1,19 dollar) nəzərdə tutulub.

Qeyd edək ki, İranın Tehran şəhərinin digər ictimai nəqliyyat vasitələrində də gediş haqqının artırılması ilə əlaqədar təkliflər hazırlanır. İranda 2018-ci ildə baş verən güclü devalvasiya, ardınca noyabr ayında ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi bir sıra problemlərə səbəb olub.