• 4 İyul 2025
logo
Ermənistan İranla sərhəddə məhdudiyyət müddətini uzadıb

Ermənistan İranla sərhəddə məhdudiyyət müddətini uzadıb

Ermənistan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İranla yerüstü əlaqəni daha iki həftə müddətinə məhdudlaşdırıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, məhdudiyyət martın 24-dək qüvvədə qalacaq.

Bu qərar hökumətin iclasında qəbul edilib və martın 4-də qüvvəyə minəcək.

Qeyd edək ki, Covid-19 virusu ilə əlaqədar Ermənistan İranla yerüstü əlaqəni məhdudlaşdırmışdı. Martın 2-də isə iki ölkə arasında viza rejiminin bərpa olunması qərara alınmışdı.