• 1 Oktyabr 2020
logo
Tokio moda həftəsi təxirə salındı

Tokio moda həftəsi təxirə salındı

Yaponiyada Tokio moda həftəsi koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Ənənəvi moda həftəsi bu il martın 16-dan 21-dək keçirilməli idi.

Ölkə ərazisində koronavirusun yoluxanların sayının artması ilə əlaqədar bu tədbiri keçirməmək qərara alınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Milanda moda nümayişi tamaşaçı olmadan keçirilib. Parisdə isə Luvr muzeyi fəaliyyətini dayandırıb. Muzeyin işinin nə zaman bərpa olunacağı bildirilmir.

Son məlumatlara əsasən, dünyada koronavirusa yoluxanların sayı 89 min nəfəri keçib.