• 29 Mart 2024
logo
İranda qum qasırğası 13 nəfəri xəstəxanaya saldı

İranda qum qasırğası 13 nəfəri xəstəxanaya saldı

İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Riqan rayonunda qum qasırğası nəticəsində 13 nəfər xəstəxanaya müraciət edib.
Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqeri deyib.
Ə.Baqerinin sözlərinə görə, güclənməkdə olan qum qasırğası 15 kəndlə əlaqəni kəsib. Rayonda idarələrin fəaliyyəti dayandırılıb.
Baqeri rayon sakinlərinə ehtiyac yaranmadığı təqdirdə evlərini tərk etməməyi tövsiyə edib.
Qeyd edək ki, ötən bir il ərzində qum qasırğası nəticəsində Riqan rayonunda 16 kənd boşaldılıb.