• 20 Aprel 2024
logo
Gürcüstanda koronavirusa ikinci yoluxma halı

Gürcüstanda koronavirusa ikinci yoluxma halı

Gürcüstanda koronavirusa daha bir yoluxma halı qeydə alınıb.

Bunu ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, virus İtaliyadan qayıtmış Gürcüstan vətəndaşında qeydə alınıb.

Xatırladaq ki, fevralın 26-da ölkədə ilk yoluxma halı qeydə alınmışdı.