• 20 Aprel 2024
logo
Koronavirus daha iki ölkədə qeydə alındı

Koronavirus daha iki ölkədə qeydə alındı

Covid-2019 koronavirusuna yoluxma faktı daha iki ölkədə aşkar edilib.

Faktlardan biri Danimarkada qeydə alınıb.

Yerli TV2 telekanalının əməkdaşının İtaliyada dağ kurortunda istirahətdən qayıtdıqdan sonra koronavirusa yoluxduğu məlum olub. Hazırda o, karantinə alınıb.

Onun yoldaşında və övladında virus aşkar edilməyib.

Bundan başqa, Estoniyada İrandan gəlmiş bir kişidə koronavirus müəyyən edilib. Onun Estoniya vətəndaşı olmadığı deyilir.

Hazırda koronavirus 40-a yaxın ölkədə yayılıb.