• 19 Aprel 2024
logo
Senatorlar Ostinə məktub yazdı: Ukraynaya F-16 verin!

Senatorlar Ostinə məktub yazdı: Ukraynaya F-16 verin!

ABŞ-ın Demokratlar və Respublikaçılar partiyalarından olan senatorlar qrupu Ukraynaya F-16 qırıcılarının verilməsini istəyir.
Baymedia.az xəbər verir ki, bununula bağlı parlamentarilər Pentaqon şefi Lloyd Ostinə məktub ünvanlayıblar.
Məktub müəlliflərinin fikrincə, bu yardım Ukrayna Silahlı Qüvvələrinə döyüş meydanında üstünlük verəcək:
“Hesab edirik ki, ABŞ Ukraynanı F-16-larla təmin etməyi ciddi şəkildə düşünməlidir. Bu, döyüş meydanında oyun qaydalarını dəyişdirə biləcək əhəmiyyətli bir fürsət olardı”.
Məktubda Ostindən bu həftənin sonuna qədər cavab verməsi istənilib.