• 16 Aprel 2024
logo
Boliviya Prezidenti Trampa: Digər xalqlara hörmət et

Boliviya Prezidenti Trampa: Digər xalqlara hörmət et

Boliviya Prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı digər xalqlara insani yanaşma sərgiləməyə çağırıb.
Trend-in məlumatına görə, E.Morales bunu jurnalistlərin “D.Trampa nə məsləhət verərdi” sualına cavab olaraq deyib.
O bildirib ki, dünyada dominantlıq etməyə çalışan ölkə ilə üz-üzəyik: “Əgər Trampa məsləhət verə biləriksə, qoy dünya xalqlarına və bütün ikitərəfli münasibətlərə hörmət etməyi öyrənsin. ABŞ isə dövlət olaraq insan haqları və ətraf mühitin mühafizəsi ilə bağlı sənədləri təsdiq etsin”.