• 24 Aprel 2024
logo
Miçotakis türkcə yazdı: Bizi ümidlə dolduran görüntülər

Miçotakis türkcə yazdı: Bizi ümidlə dolduran görüntülər

İçimizi kədərlə dolduran görüntüləri bizi ümidlə dolduran görüntülər təqib edir. Xilasedicilərin fövqəladə səylərinə hörmət göstəririk.

Baymedia.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis Tvitter səhifəsində türk dilində yazdığı tvitində qeyd edib.

“Yunanlar və türklər yan-yana həyat xilas etmək üçün birlikdə mübarizə aparırlar. Onlara minnətdarıq”, - Miçotakis bildirib.