• 18 Aprel 2024
logo
Yerevanda marşrut sürücüləri tətil etdi

Yerevanda marşrut sürücüləri tətil etdi

Yerevanda ondan çox marşrut xəttində işləyən 150 sürücü tətil edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, sürücülər əməkhaqlarının artırılmasını və gündəlik planın azaldılmasını tələb edir.

Onlar bildirir ki, sürücülərin gəlirləri yanacaq xərclərini qarşılamır.

Yerevan şəhər meriyası sürücülər və marşrut xətlərinin sahibləri ilə görüşdən sonra problemlərin 10 gün müddətində həll olunacağını deyib.

Danışıqlardan sonra işə qayıdan sürücülər problemlərin həll olunmayacağı təqdirdə Yerevanda ictimai nəqliyyat sistemini çökdürəcəklərini vəd edib.