• 26 Aprel 2024
logo
Antarktidada tarixin ən yüksək temperaturu qeydə alınıb

Antarktidada tarixin ən yüksək temperaturu qeydə alınıb

Argentina meteoroloqları Antarktidada müşahidə tarixinin ən yüksək temperaturunu qeydə alıblar. Trend-in məlumatına görə, Antarktidanın şimalında yerləşən və Argentinaya məxsus "Esperansa" elmi-tədqiqat stansiyasında -18,3 dərəcə temperatur qeydə alınıb. Bu, müşahidənin aparılmağa başlandığı 1961- ci ildən bəri ən yüksək temperaturdur. Bundan əvvəlki rekord 2015-ci ilin martında qeydə alınmışdı. O zaman temperatur -17,5 dərəcə təşkil etmişdi. Qeyd olunur ki, son 50 il ərzində Antarktidanın ortalama temperaturu 3 dərəcə yüksəlib.