• 24 Aprel 2024
logo
Bundan sonra uşaqları döyən valdeynlər məsuliyyətə cəlb ediləcək - Parlament təsdiq etdi

Bundan sonra uşaqları döyən valdeynlər məsuliyyətə cəlb ediləcək - Parlament təsdiq etdi

Fransa Parlamenti uşaqların fiziki cəzalandırılmasını qadağan edən qanun qəbul edib.
Trend-in məlumatına görə, Fransa bu cür qanunu qəbul edən 56-cı dövlət olub.
Yeni qanuna əsasən, uşaqlara fiziki təzyiq göstərməklə yanaşı, onları danlamaq, alçaltmaq və ələ salmaq qadağan edilir.
Bir müddət əvvəl keçirilmiş sorğuya əsasən, fransalı valideynlərin 85 faizi uşaqları döyməyə meyillidir.
Qanun qəbul olunduqdan sonra uşaqlara fiziki təzyiq faktı Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb ediləcək.