• 20 Aprel 2024
logo
Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi

Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi

Çinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirib.

Trend-in məlumatına görə, qız övladı qeysəriyyə yolu ilə doğulub.

Onun tamamilə sağlam olduğu deyilir. Qeyd olunur ki, doğum baş tutduqdan sonra körpədən iki dəfə analiz götürülüb və hər iki halda virus aşkar olunmayıb.

Ananın da vəziyyətinin yaxşılaşmağa doğru getdiyi bildirilir.