• 24 Aprel 2024
logo
Su bəndi dağıldı - Ölənlər və itənlər var

Su bəndi dağıldı - Ölənlər və itənlər var

Hindistanın Maxaraştra ştatında Tivare su bəndinin dağılması ağır fəsadlara yol açıb.
Trend-in məlumatına görə, azı 2 nəfərin öldüyü, 20-dən çox şəxsin isə itkin düşdüyü bildirilir. Su bəndinə yaxın 12 evin də tamamilə dağıldığı qeyd edilir.
Hazırda hadisə yerində xilasedicilər çalışır, itkin düşmüş şəxslərin axtarışı istiqamətində iş aparılır.
Qeyd edək ki, son günlər yağan musson yağışları ölkə ərazisində çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Su bəndində qəzanın bu səbəbdən baş verməsi ehtimal edilir.