• 23 Aprel 2024
logo
Rusiyanın Ukrayna ilə bağlı müdhiş planı: 10 günə...

Rusiyanın Ukrayna ilə bağlı müdhiş planı: 10 günə...

Rusiya Ukraynanı 10 gün ərzində işğal etməyi planlaşdırmışdı.
Baymedia.az xəbər verir ki, bu barədə Britaniyanın Kral Silahlı Qüvvələr İnstitutu hesabat yayıb.
Hesabat müəlliflərinin fikrincə, Kreml işğalın aktiv mərhələsini 10 gün ərzində başa çatdırmağı planlaşdırırdı:
“Bu zaman ərzində Kiyev alınmalı idi. Ruslar Ukraynanı tamamilə işğal etməyi isə 2022-ci ilin avqustuna qədər planlaşdırırdılar. Bunun üçün işğalın əvvəlində Rusiya Kiyevin şimalında Ukrayna Silahlı Qüvvələrindən təxminən 12 dəfə çox olan qruplaşma cəmlədi. Lakin ruslar bu üstünlükdən istifadə edə bilmədilər. Ukrayna ordusunun sərt cavabı hesablanmamışdı və ruslar ciddi müqavimətlə qarşılaşdıqda bu planın tamamilə yararsız olduğu ortaya çıxdı.
Ruslar hesab edirdilər ki, ukraynalı məmurlar ya qaçacaq, ya da təslim olacaqlar, Ukrayna hərbi komandanlığı isə xalqa xəyanət edəcək.
Xüsusilə, işğalın ilk günlərində Ukrayna generallarının əksəriyyəti Rusiya hərbi rəhbərlərindən təslim çağırışı və Rusiyanın guya Ukraynaya heç bir zərər vurmaq niyyətində olmadığı ilə bağlı mesajlar aldılar. Anonim telefon nömrələrindən Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, bütün yüksək rütbəli zabitlərinə oxşar məzmunlu mesajlar göndərildi.
Ruslar 2014-cü il inqilabında iştirak edən şəxsləri ələ keçirməyi və ya edam etməyi planlaşdırırdılar. Mülki əhalini isə onlar filtrasiya prosesinə məruz qoymaq və onları 4 əsas kateqoriyaya ayırmaq niyyətində idilər:
* Barışmaz olanlar fiziki olaraq məhv edilməli;
* Sadiq olmayanlar qorxudulmalı və yaxud inandırılmalı;
* Neytral olanlar əməkdaşlığa cəlb olunmalı;
* Tamamilə sadiq olanlarla əməkdaşlıq edilməli”.
İnstitut analitikləri bildiriblər ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) hava-desant qoşunlarına son dərəcə sədaqətsiz insanların tutulması və ya məhv edilməsi ilə bağlı təlim keçirdi.