• 19 Aprel 2024
logo
Ruslar Baxmutu mühasirəyə alır?

Ruslar Baxmutu mühasirəyə alır?

Rus hərbçiləri Baxmutdan cənuba doğru irəliləyiblər. Ancaq onların uğurlar haqqında dedikləri həqiqətə uyğun deyil, çünki onsuz da şəhəri mühasirəyə ala bilməyəcəklər.
Baymedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Geolokasiya görüntüləri rusların Baxmutdan təxminən 15 kilometr cənub-qərbdə yerləşən Ozaryanovka kəndini ələ keçirdiklərini göstərir. Rusiya mediası isə artıq elan edib ki, guya onlar şəhərə yaxın daha bir neçə kəndi - Kurdyumovka, Kleşçiyevka, Andreyevka, Zelenopolye, Podqorodoyeni ələ keçirə biliblər. İşğalçılar “uğurlar”ından danışaraq, Baxmutu mühasirəyə ala biləcəklərinə sevinirlər. Ancaq bu cür ifadələr həqiqətə uyğun deyil. Hazırda bu iddiaları dəstəkləmək üçün açıq mənbələrdə heç bir dəlil yoxdur. Rusiya mənbələri oktyabr ayından bəri davam edən informasiya təbliğatı çərçivəsində Baxmut ətrafında müvəffəqiyyətlə bağlı yalan iddiaları fəal şəkildə yayır”, - məlumatda deyilib.
Qeyd olunur ki, ruslar dedikləri kəndləri həqiqətən ələ keçirə bilsələr də, bu, Ukrayna ordusu üçün vacib olan Baxmut-Seversk və Baxmut-Konstantinovka mühüm magistral yollarına təhlükə yaratmır:
“Qərb və şimal kəndlərindən Baxmuta aparan başqa yollar da var”.