• 29 Fevral 2020
logo
Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

Fransada ən güclü su elektrik stansiyası fəaliyyətini dayandırdı

Fransanın ən güclü su elektrik stansiyasının fəaliyyəti etiraz əlaməti olaraq dayandırılıb.

Trend-in məlumatına görə, stansiyanın əməkdaşları Fransa hökumətinin təklif etdiyi pensiya islahatına etiraz olaraq bu addımı atıb.

Ölkənin cənub-şərqindəki İzer deparamentində yerləşən “Grand'Maison” su elektrik stansiyası Fransada istifadə olunan bütün su elektrik stansiyalarının istehsal gücünün 9 faizini təşkil edir.

Hələlik stansiyanın işinin dayanmasının nəticələri barədə məlumat veirlməyib.

Qeyd edək ki, Fransada təklif olunan pensiya islahatları ilə bağlı tətil və etirazlar uzun müddətdir ki, davam edir.