Bu gün Ukrayna ilə əsirlərin dəyişdirilmə prosesi baş tutub.
Baymedia.az xəbər verir ki, bunu qondarma “dxr”in rəhbəri Denis Puşilin deyib.
“Əsirlərin dəyişdirilməsi “110-un 110-a” formulu ilə baş tutur. Kiyevə əsasən qadınları veririk. Ukraynadan isə girovluqda olan 80 mülki dənizçini və 30 nəfər hərbçi qaytarırıq”, - Puşilin bildirib.