Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri bu gün Lüksemburqda keçiriləcək iclasda Ermənistan və Azərbaycan sərhədində missiyanın yerləşdirilməsi ilə bağlı qərar qəbul edəcəklər.
Baymedia.az xəbər verir ki, bunu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib.
“Ümid edirəm ki, nazirlər missiyanın Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə razılıq verəcəklər”, - o deyib.
Məlumata görə, texniki qiymətləndirmə missiyası Ermənistanın müraciətinə uyğun olaraq İrəvana gəlib.