• 12 İyun 2025
logo
Ukrayna Rusiyanı vurdu: neft anbarı yanır

Ukrayna Rusiyanı vurdu: neft anbarı yanır - Foto

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərinə yenidən zərbələr endirib.

Baymedia.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

O bildirib ki, mərmilərdən biri neft anbarına düşüb:

“Nəticədə anbarda yanğın başlayıb. Buna baxmayaraq, yanğının yayılması təhlükəsi yoxdur”.