• 27 İyul 2024
logo
Krımda tatarlar Rusiya ordusuna cəlb olunur

Krımda tatarlar Rusiya ordusuna cəlb olunur

Zelenski G7 liderlərinə müraciət edib

Rusiya sentyabrın 21-dən etibarən qismən səfərbərlik kampaniyası aparır və ilhaq olunan Krımda vətəndaşlar döyüşlərə yardım etməyə çağırılır. Ancaq insan hüquqları üzrə ekspertlər deyir ki, ən çox yerli Krım tatarları döyüşlərə cəlb olunurlar.
Amerikanın səsi-nin yazdığına görə, Krımın Rusiya tərəfdarı liderləri deyir ki, Rusiyanın ilhaq olunan yarımadada elan etdiyi qismən səfərbərlik artıq başa çatıb.
Ancaq adının anonim qalması şərtilə danışan yerli Krım tatarlarını dəstəkləyən bir insan hüquqları müdafiəçisi deyir ki, insanlar hələ də hərbi xidmətə çağırış haqqına bildirişlər almağa davam edirlər.
“Mənə deyilənə görə, insanların evlərinə çağırış vərəqələri gəlir. İnsalar başa düşür ki, qapılarını çalan hər kəs dost deyil, ona görə də hər kəs qapısını açmır. Amma rəsmilər oyun oynayırlar, birinin yardıma ehtiyacının olduğunu deyirlər, qapı açılan kimi də onlara çağırışı verilirlər,” o deyir.
Ukrayna Prezidenti Volodimir Zelenski də bunu təsdiqləyir.
“İşğal olunan Krımda vəziyyət faciəvidir. Krım tatarlarının hərbi xidmətə çağırılması ilə bağlı məlumatlar tam təsdiqlənib. Orada çağırış vərəqələrinin əksəriyyəti Krım tatarları üçün nəzərdə tutulub,” Zelenski deyib.
İnsan hüquqları müdafiəçiləri insanları çağırışlara məhəl qoymamağa, hərbi kommissarlıqlara getməməyə və, mümkündürsə, hərəkət etməməyə çağırırlar.
“Rusiya hərbi komissarlıqlarının qurbanı olmamaq üçün ən yaxşısı ictimai toplantılardan uzaq durmaqdır,” Krım Tatarlarının Resurs Mərkəzindən Serhiy Parxomenko deyir.
Bir çox Krım tatarı, hələ ki, imkanları olduğu halda yarımadanı tərk etməyə çalışır.
“18-50 yaşlı kişilərdən bəziləri getməyə çalışırdı. Pulu və xaricdə tanışları olanlar ya Gürcüstan, ya da Qazaxıstandan xaricə getməyə çalışdı,” insan hüquqları müdafiəçisi deyir.
Krım Tatarlarının Resurs Mərkəzinin işçiləri Rusiyanın elan etdiyi qismən səfərbərliyin yarımadada Krım tatarlarının müqavimət hərəkatını məhv etməyin bir yolu olduğuna inanır.
“Onlar (Rusiya) krım tatarlarını Ukraynanın əli ilə məhv etmək istəyirlər. Bu, onlar üçün ən rahat yoldur. Onları cəbhə xəttinə, ən təhlükəli yerlərə göndərəcəklər,” Serhiy Parxomenko bildirir.
Krımda neçə nəfərin orduya çağırıldığı bəlli deyil. Ancaq beynəlxalq insan hüquqları müdafiəçiləri orduya çağırılmağın qanunsuz olduğunu təkid edir.
“Rusiya Cenevrə konvensiyalarını riayət etməyə məcburdur. Və o qaydalar arasında işğalçı dövlətin işğal etdiyi ərazilərdə insanları hərbi xidmətə çağırmasına icazə verilməməsi də var,” Human Rights Watch təşkilatının direktor müavini Reyçel Denber deyir. “Human Rights Watch”un nümayəndələri və başqa qruplar deyir ki, onlar bunu və Rusiyanın digər mümkün müharibə cinayətlərini sənədləşdirilər.
Bu arada onu da qüyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Böyük Yeddilər (G7) liderlərinə müraciət edərək deyib ki, Rusiyanın neft və qazdan əldə etdiyi gəlirlərini dayandırmaq üçün enerji sektoru sanksiyalarla bloklanmalıdır.
"Rusiyadan neft və qaz ixracına sərt qiymət həddi qoyulmalı, terrorçu ölkə üçün mənfəət sıfır olmalıdır," Zelenski oktyabrın 11-də ABŞ, Kanada, Almaniya, Britaniya, Yaponiya, Fransa və İtaliya liderlərinə deyib.
O, Rusiyanın oktyabrın 10-da Ukrayna şəhərlərinə və elektrik stansiyalarına hücumları ilə eskalasiyanın yeni mərhələsinə başladığını və buna görə də yeni sanksiyalara ehtiyac olduğunu bildirib.
Virtual olaraq sənayesi ən inkişaf etmiş ölkələrə müraciət edən Zelenski deyib ki, G7 və "bütün demokratik dünyamız" Rusiyanın enerji sektoruna və enerji sabitliyinə hücumlarına "simmetrik" cavab verməlidir.
Ukrayna prezidenti həmçinin G7 ölkələrinə Ukraynanı hava hücumundan müdafiə vasitələri ilə təchiz etməyə çağırıb və bildirib ki, Ukrayna özünü hava hücumlarından müdafiə etmək imkanına malik olsa, Rusiyanın əsas təhlükəsinin qarşısı alınacaq.
İclasdan bir neçə saat əvvəl Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Zaporijyeyə çoxsaylı yeni raket zərbələri və azı bir nəfərin öldüyü barədə məlumat verib.
Kyiv və digər bölgələrdə hava hücumu sirenləri səslənib. Lviv merinin dediyinə görə, raket zərbəsi elektrik və su təchizatının zədələnməsinə səbəb olub.
Zelenski bazar ertəsi deyib ki, Ukraynanı "qorxutmaq olmaz" və Rusiyanın hücumları qorxu yaratmaq əvəzinə "bütün dünyanın diqqətini çəkib".
"Silahlı qüvvələrimizi gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Düşmən üçün döyüş meydanını daha ağrılı edəcəyik" - deyə, Zelenski bildirib.
Ukrayna lideri ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra tvitter səhifəsində "Biz hava hücumundan müdafiə sistemimizin gücləndirilməsi, Avropa və beynəlxalq ictimayyətin sərt reaksiyasına ehtiyacı, habelə Rusiya Federasiyasına təzyiqin artırılması məsələlərini müzakirə etdik" yazıb.
Bayden və Qərb müttəfiqləri hücumları pisləməyə tələsib və Moskvanınartıq səkkizinci aydır davam edən işğalının qarşısını almaq üçün Ukrayna qüvvələrinə hərbi yardımı davam edəcəklərini vəd edib.
Ağ Evin bəyanatında deyilib ki, Bayden Zelenskiyə ABŞ-ın Ukraynanı ən qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini deyib.
Bayden verdiyi açıqlamasında "Rusiyanın son raket hücumları Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin amansız qəddarlığını bir daha nümayiş etdirir" deyib.
Putin həyata keçirilən raket hücumlarının Krımı Rusiya ilə birləşdirən körpüyə edilən son dağıdıcı hücuma cavab olaraq həyata keçirildiyini deyib və Ukraynaya qarşı "kütləvi zərbə" adlandırıb.
Ukrayna ordusunun bildirdiyinə görə, Rusiya 84 qanadlı raket atıb və 24 pilotsuz uçuş aparatından istifadə edib, ölkənin azı 14 bölgəsini vurub və azı 19 nəfər ölüb. Kyivə hücumların əksəriyyəti zamanı şəhərin mərkəzində parklar və turizm obyektləri hədəf alınıb.
Avropa Komissiyasının prezidenti Ursula Von Der Leyen Ukrayna şəhərlərinə edilən "vəhşi hücumlardan sarsıldığını və dəhşətə gəldiyini" bildirib, "Putin Rusiyası dünyaya bir daha qəddarlıq və terroru nümayış etdirdi" deyib.
Cavid