• 24 Aprel 2024
logo
“İranda molla rejimim Qərb və Amerika qurdu”

“İranda molla rejimim Qərb və Amerika qurdu”

Elman Vəliyev: “İranın daxili partlamağa hazır vulkan kimidir”

Xəzər dənizi, Bəsrə körfəzi və Hind ökeanı ətrafında yerləşən İranın geostrateji önəmi mühümdür. 1925-ci ildə inglislərin köməyi ilə Rza Şah Pəhləvi hakimiyyətə gəlir. Qacarlar inglislərin ölkədə olmasından yana deyildilər. Ona görə pəhləviləri iqtidara gətirdilər. İran İkinci Dünya müharibəsində tərəfsiz qaldığını bildirdi. Lakin ölkədə çoxlu alman mühəndis var idi. Buradakı almanlar hər şeydən xəbərdar idi. Bu vəziyyət İngiltətə və Rusiyanaı narahat elədi və şahdan onları ölkədən çıxartmalarını istədi. Lakin şah bunu etmədi.
Bunu “Xalq Cəbhəsi”nə konfliktoloq Elman Vəliyev İranın nüvə silahı əldə etmək istəyi və Qərbun buna qarşı “oyunu”nu şərh edərkən deyib.
Konfliktoloq qeyd edib ki, buna qarşılıq olaraq İngiltətə İranın Bəsrə körfəzindəki savaş gəmilərini batırdı. 1941-ci ildə ölkə ruslar və ingilislərə təslim oldu və şah sürgün olundu. Yerinə oğlu Məhəmmdə Rza Pəhləvi gətirildi. Bundan sonra xarici qüvvələr çəkilməyə başladı. Yeni gələn şah Qərbin dediklərini etməyi boynuna almışdı. 1951-ci ilə kimi inglislər İran petrollarını sümürdü. Həmin il Məhəmməd Musaddıq adlı şəx buna etiraz edərək İran petrolu yalnız iranlıların olmaldır - dedi. Tezliklə ətrafına bir xeyli adam topladı. Şah məcbur qalaraq Musaddıqı Baş Nazir elədi. Musaddıq gələn kimi anqlo-iran petrol şirkətini milliləşdirdi. İngiltərə və Amerika İran petrollarına embarqolar tətbiq etdi. Xalq daha da pisləşdi. 1953-cü ildə şah Musaddıqı vəzifədən uzaqlaşdırdı, lakin onun tərəfdarları etiraz edərək şahı İtaliyaya qaçmağa məcur elədi. İngiltərə və Amerika gördü ki, ölkə əldən çıxacaq “ajax” adlı bir plan hazırladılar. Mİ6 Musaddıqı devirmək üçün CİA ilə plan hazırladı. Həm də Musaddıq dövründə kommunizmi ölkədə hakim olacağından ehtiyat edirdilər. Plan uğurlu oldu. Şah yenidən hakimiyyətə qayıtdı və bu dəfə islahatlara başladı. İnkişaf üçün cəhdlər elədi ki, xalq yenidən ayaqlanmasın. Bu islahatlara da “Ağ inqilab” adını verdilər. Qadınlara seçki hüquq verdilər, kəndçilərə çağdaş təhsil verildi, yoxsullara pulsuz qida verildi. Varlılarıdan torpaq alındı və uzuc qiymətə kəndlilərə satıldı. Varlılar və dinadarlar buna etiraz eti. Varlılar artıq varlı deyil, dindarlar isa ağ inqilabın dindən uzaq olduğunu bildirdilər. Bunlardan biri də Ayətullah Xomeyni idi. Etirazlar elədi və şah tərəfindən tutduruldu. Xomeyni əvvəlcə Türkiyəyə getdi, lakin şahın istəyi ilə oradan qovuldu və sonra İraqa getdi və çoxlu tərəfdar qazandı. Xomeyni Qərbin yetişdirdiyi bir fiqur oldu. İngiltərə bölgədəki petrolların əllərindən çıxmaması üçün gizli adamlar yetişdirdi ki, lazımı zamanda çevriliş etsin.
Mussadıqın əks mövqeyi və sürgündən qayıtarılan şaha etibar edilməməsi Xomeyni kimi dini bir fiquru yetişdirməyə məcbur etdirdi. Bölgənin etnik qrupuna, dininə yaxşı bələd idi. Bölgə əhalisinin əksəriyyəti şiə kəsimidir. Mİ6 bunlar üçün bir dini lider ortya atıb istədiymizi etdirə biləcəyik düşüncəsi ilə planını hazırlayıb icra etdi. Şah Səddam Hüseyndən Xomeynini qovmasını istədi. Səddam da elədi. Xomyeni İraqdan Fransaya getdi. Şah ölkədən xaricə satılan petrola zam əlavə elədi ki, bu da Qərbi narahat elədi. Qərb bunun belə edə biləcəyini əvvəlcədən fikirləşmişdi. 1975-ci illərin oratsına gəldikdə iqtisadi vəziyyət yenidən pisləşdi. Xomeynin tərəfdarları günü-gündən çoxalırdı. Şah isə Xomyenini iranlı olmayan inglis cəsusu elan elədi. Şahı bu mövzuda haqsız saymaq olmaz: “Nəhayət, 1979-cu ildə inqilab olur və Xomeynin tərəfdarları şahlıq rejimini yıxırlar. Xomeyni hakimiyyətə gələn kimi Qərbi düşmən elan edir, xüsusilə də Amerikanı. Molla rejimi qurulduqdan sonra sosialistlər, liberallar, kommunistlər sıxışdırıldı. Şiələr Tehrandakı ABŞ səfirliyinə hücum edərək oradakıları 444 gün əsir götürdü. Bu iki tərəf arasındakı böhranı başlatdı və embarqolara səbəb oldu. Xomeyni Qərbdə yetişdi. Qərb bölgənin petrollarına Amerika da yiyələnməsin deyə, Xomeynin əks mövqe tutmasına gətirib çıxartdı. Həmçinin Xomeyni də Qərbdən öz məqsədlərini həyata keçirmək üçün istifadə elədi deyə bilərik. Hakimiyyətə gələn kimi aslı olmayan bir teokratiya qurmaq istədi. Statiskaya baxsaq İran dünyada petrolda 4-cü, qazda isə 2-ci yerdədir. Amerika embarqo, sanksiya tətbiq etsə də, Rusiya, Çin, Türkiyə, Hindistan ilə sərbəst ticarət edə bilir. Amerika İraqı bombaldısa, buna göz yuman, hətta dəstəkləyən çox oldu. İran belə Səddamdan ehtiyat etdiyi üçün dəstək vermişdi. Səddam ərəb ölkələrinin bütün petrollarına sahib olmaq istəyirdi. Lakin İranla İraqın mövqeyi fərqlidir. Amerika İraqı bombaladığı kimi bu gün İranı bombalaya bilməz. Unutmayaq ki, Səddama İran-İraq müharibəsində bir çox dövlət dəstək oldusa da, İran təkbaşına müharibədə üstünlük əldə etmişdi. Həmçinin İran şiə tərəfi olduğu üçün İslam dünyasında sünnilərlə daimi ədavəti olmasını istəyirlər. Səddam sünni tərəfi idi. Yəni İranın varlığı Qərb üçün lazımdır. Həmçinin sionizm üçün də. Evanjelistlər islamı aradan qaldırmaq üçün məzhəb savaşlarını çıxardırlar. İran Yəməndə husiləri, Livanda Hizbullahı, Fələstində bir çox örgütləri, İraqda şiələri dəstəkləyir”.
İran dünya petrol ticarətin bir çox hissəsinin keçdiyi Hörmüz boğazını bağlaya biləcəyi ilə təhdid edir. Bu boğaz Oman körfəzi ilə Fars körfəzi arasındadır. Boğazdan keçən gəmilər Yaxın Şərqdəki neftin 40%-ni daşıyır ki, bu da Qərbi Avropaya, Amerikaya və Çinə göndərilən neftin yarısına bərabərdir. Ən çox silah satılan yer Orta Şərq olduğundan bölgədəki çatışmalar bitməyəcək. İran özünün nüvə silahını hazırlmaq üçün cəhdlər eləmişdi. Lakin bu nə Amerikanın, nə İsrailin, nə də bəzi Avropa dövlətlərinin xoşuna gəldi. 2015-ci ildə İngiltərə, Fransa, Rusiya, Çin, Amerika və Almaniya İranla 5+1 sazişi imzaladılar. Bu saziş İranın nüvə silahı əldə etməməsi ilə bağlı idi. Lakin 2018-ci ildə Amerika prezidenti Tramp bu sazişdən çıxaraq İrana qarşı ən ağır sanksiyalar tətbiq etdi. Hələ bunlardan qabaq isə 2012-ci ildə İranı SWIFT-dən çıxartmışdılar: “İran iqtisadiyyatı xarici gəlirlərinin 25-30%-ni itirmişdi. Lakin Bayden hakimiyyətə gələndən sonra İranla yenidən danışıqlara başladı və Vyanada yenidən 5+1 danışıqlar davam elədi. Hətta tərəflərin verdiyi məlumata görə razılıq əldə edilməyə yaxındır, lakin bu hələ də ləngiməkdədir. İran Rusiya ilə yaxşı müttəfiq rolunda çıxış edir. Rusiya istəmir ki, İran Amerika ilə yaxınlıq etsin. Lakin Rusiya-Ukrayna konflikti işləri ləngitdi. Daha doğrusu, ikinci plana atdı. Artıq önəmli məsələ Ukrayna məsələsidir. Bununla yanaşı Rusiya tərəfi Amerikadan Ukraynaya görə tətbiq edilən sanksiyalardan Rus-İran əlaqələrinə zərər gətirilməməsinə dair zəmanət tələb elədi. Amerika isə Ukrayna konflikti ilə nüvə məsələsinin fərqli siyasi hadisələr olduğunu dedi. Rusiya Qərbin və Amerikanın sanksiyalarına tab gətirmək üçün Şərqdəki müttəfiqlərlə əlaqələri gücləndirmək, onların enerjilərinin Avropaya ixrac edilməməsinə çalışır. İran ona qarşı tətbiq edilən sanksiyalar qarşısında ən yaxşı bazar müttəfiqi kimi Rusiyanı görür. Lakin Rusiyanın zəmanət tələbi İranda narahatlıq yaratmış kimi görünür. Çünki İran istəmir ki, işi üzüb-üzüb quyruğuna çatanda problem olsun. Bu anlaşma İrana çox sərfəlidir. Lakin Rusiya İranın təkcə özü ilə əməkdaşlıq etməsini istəyir. Amerika İran petrollarını Avropaya satmaq istəyir, lakin Rusiya buna imkan vermir. İranda molla rejimini Qərb və Amerika qurdu. İndi onu yıxıb özlərinə sərf edəcək bir rejimi də onlar qura bilər. Bu onlar üçün asandır. İranın daxili partlamağa hazır vulkan kimidir. Molla rejimini yıxmaq MOSSAD, CİA, Mİ6 üçün 2x2 kimidir. Sadəcə zaman gözlənilir”.
Cavid