• 5 Dekabr 2022
logo
ABŞ-də qasırğa qurbanlarının sayı 100 nəfəri ötüb

ABŞ-də qasırğa qurbanlarının sayı 100 nəfəri ötüb

ABŞ-də bir neçə gün tüğyan etmiş "İan" qasırğası nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Florida ştatında 99 nəfərin, Şimali Karolina ştatında 4 nəfərin ölümü qeydə alınıb.

Floridada 550 mindən çox sakin hələ də elektriksiz qalıb.

Ştatın qubernatoru Ron Desantis fəlakət bölgəsinin bərpa olunması üçün bir neçə ilin tələb olunacağını bildirib.

ABŞ prezidenti Co Baydenin oktyabrın 5-də Florida ştatına səfər edəcəyi gözlənilir.