• 29 Mart 2024
logo
İtaliya ordusu yüksək döyüş hazırlığına gətirildi

İtaliya ordusu yüksək döyüş hazırlığına gətirildi

İtaliya Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Baymedia.az xəbər verir ki, bu barədə “Deyli Storm” nəşri məlumat yayıb.
“Hələ bu ilin yazında ölkə ordusunun Baş Qərargahının generalı Bruno Pişiotta İtaliya Silahlı Qüvvələrinin hərbi heyətinin real döyüş əməliyyatlarına hazırlanması ilə bağlı əmr imzalayıb. Respublika rəhbərliyi ordudakı dəyərli kadrları Ukrayna ərazisində döyüş əməliyyatları getdiyi müddətdə buraxmamaq barədə göstəriş verib. Eyni zamanda, bütün əməliyyat hissələrinə müntəzəm olaraq həqiqi döyüşə yaxın təlimlər keçirmək əmri verilib”, - məlumatda deyilir.