• 20 Aprel 2024
logo
İranda kritik durum: Komandir ailələri Gürcüstana aparıla bilər

İranda kritik durum: Komandir ailələri Gürcüstana aparıla bilər

Sentyabrın 16-da İranda əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra İran İnqilab Keşikçiləri Korpusunun komandirlərinin ailələrinin paytaxt Tehranda təhlükəsiz yerlərə yerləşdirdikləri iddia edilir.
Baymedia.az türk mediasına istinadla bildirir ki, ailələrə də söz verilib ki, ümummilli etirazlar güclənərsə və ya hökumət devrilərsə onları Gürcüstana aparacaqlar.
Digər tərəfdən, ölkədə nümayişlər davam edir. İran rəsmiləri ölənlərin sayının 41 olduğunu açıqlasa da, insan haqları qrupları azı 75 nəfərin həyatını itirdiyini bildirib.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib ki, İran rəngli inqilabların və ya çevrilişlərin olacağı ölkə deyil:
“ABŞ bilməlidir ki, İranda rejim dəyişikliyi olmayacaq”.