• 19 Mart 2024
logo
Yaponiyada yeni tip koronavirusa yoluxan ilk şəxs qeydə alınıb

Yaponiyada yeni tip koronavirusa yoluxan ilk şəxs qeydə alınıb

Yaponiya ərazisində yeni tip koronavirusa yoluxan ilk şəxs qeydə alınıb.

Trend-in məlumatına görə, virus Kanaqava prefekturasında 30 yaşlı Çin vətəndaşının orqanizmində tapılıb.

Qeyd olunur ki, o, həmin virusa Çində yoluxduqdan sonra Yaponiyaya səfər edib. Hazırda həmin şəxs xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, yanvarın 11-də Çinin Uhan şəhərində yeni koronavirusdan ilk ölüm halı baş vermişdi. Hubey əyalətində 59 yoluxma qeydə alınıb. Virus Tailandda da qeydə alınıb.