• 23 İyul 2019
logo
add image
İranda göz gözü görmür - Bu səbəbdən

İranda göz gözü görmür - Bu səbəbdən

Hazırda İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zabol rayonunda küləyin sürəti saatda 101 kilometrə çatır.
Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hava proqnozları bürosunun baş direktoru Möhsün Heydəri deyib.
M.Heydərinin sözlərinə görə, güclü külək qum qasırğası ilə nəticələnə bilər və qeyri-münasib hava şəraiti həftənin sonuna kimi davam edəcək.
Baş direktor əlavə edib ki, Zabol şəhərində havada partikulyar maddələrin qatılığı hər kvadratmetrdə 1 515 mikroqrama çatıb və normadan on dəfə çoxdur.