• 19 Mart 2024
logo
Livanda etirazlar - Mərkəzi Banka girməyə çalışdılar

Livanda etirazlar - Mərkəzi Banka girməyə çalışdılar

Livanın paytaxtı Beyrutda etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, Livan funtunun dəyərinin ucuzlaşması və banklardakı əmanətlərin həcminin azalmasına etiraz edən sakinlər Mərkəzi Bankın binasına daxil olmağa cəhd göstərib.

Polis etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Tərəflər arasında toqquşma iki saata yaxın davam edib.

Aksiya zamanı iki nəfər özünü yandırmağa çalışsa da, onların qarşısı alınıb.