• 19 Mart 2024
logo
Paşinyan İstintaq Komitəsinə ifadə verməyə çağırıldı

Paşinyan İstintaq Komitəsinə ifadə verməyə çağırıldı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İstintaq Komitəsinə çağırılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə baş nazir öz “Facebook” səhifəsində yazıb.

O, müstəntiqin bir neçə sualına cavab verib. N.Paşinyanın hansı məsələ ilə əlaqədar İstintaq Komitəsinə çağırılmağı barədə məlumat verilmir.