• 5 Dekabr 2020
logo
“Avstriyada Xocalı abidəsi qoyulacaq”

“Avstriyada Xocalı abidəsi qoyulacaq”

“Xocalı faciəsi nəinki Avstriyada, bütün dünyada bəşəriyyətə qarşı işlənmiş ağır cinayət kimi tanınır” Bunu “Xalq Cəbhəsi”nə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov bildirib.
F.Əzizov bildirib ki, bu hadisəni törədənləri - ermənilərin o zamankı hakimiyyətini dünyaya tanıdaq, onların necə amansız məxluq olduğunu hər kəs bilsin:”Bu müstəvidə dayanmadan iş aparırıq. Allahın izni ilə gələn il Avstriyada Xocalı soyqırımı abidəsini ucaltmaq niyyətindəyik və bu barədə aidiyyəti qurumlarla danışıqlarımız olub, razılıqlar alınıb. Bundan əlavə, onu da qeyd edim ki, bu il Salzburg şəhərində Azərbaycan Evi açılacaq. Hansı ki, indiyədək heç bir ölkədə bunun kimi fəaliyyət göstərəcək Azərbaycan Evi olmayıb”.
Diaspor sədri onu da qeyd edib ki, Avstriyada ümumilikdə 4 mindən bir az artıq azərbaycanlı yaşayır. Onların arasında alimlər, ziyalılar, bəstəkarlar və bir çox iş adamları var. Həmin insanların dəstəyi ilə müxtəlif tədbirlər keçirilib: “Fevralın 22-dən biz Xocalıya Ədalət aksiyalarımıza start verdik və xalq rəssamı Əşrəf Heybətovun “Xocalı bir rəssamın gözü ilə” adlı rəsm sərgisi təşkil etdik. Tədbirə Avstriyada fəaliyyət göstərən yerli və xarici qonaqlar təşrif buyurdular. Fevralın 23-də Avstriyanın mərkəzi meydanı olan Ştefan Platzda Xocalıya Ədalət aksiyamız baş tutdu. Mərkəzi meydanda Xocalıda 27 il əvvəl baş verər məlum dəhşətli hadisələrdən bəhs edən kitablar, buklet və broşürlər paylanıldı və ən əsası meydanda 15 metrlik Azərbaycan bayrağı dalğalandırıldı. Tədbiri seyr edən turistlər 27 il öncə baş verən hadisəyə üzüldüklərini bildirdilər və erməni terrorunu pislədilər. Bununla yanaşı, 24. 25 və 26 fevral tarixlərində Salzburg şəhərində Xocalı şəhidlərinin xatirəsi anılıb”.