• 21 İyul 2019
logo
add image
Vaşinqton küçələrinə tanklar çıxarılacaq

Vaşinqton küçələrinə tanklar çıxarılacaq

Vaşinqtonda küçələrdə tankların nümayişi keçiriləcək.
Trend-in məlumatına görə, bu, ABŞ-ın 4 iyul Müstəqillik Günü ilə əlaqədar keçiriləcək təntənəli parad zamanı baş tutacaq.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi tanklarla yanaşı, digər zirehli maşınların da təntənəli parada qoşulacağını bildirib.
Prezident Donald Tramp isə həmin gün təyyarələrin də səmada şou göstərəcəyini vəd edib.
Məlumata görə, nümayişdə "Northrop B-2 Spirit" döyüş təyyarələri və "F-22" qırıcıları iştirak edəcək.