• 23 Oktyabr 2024
logo
Zaporojye “rəhbəri” Krıma qaçdı

Zaporojye “rəhbəri” Krıma qaçdı

Zaporojye vilayətinin işğalçı administrasiyasının qondarma “rəhbəri” Yevgeni Balitski Ukrayna Silahlı Qüvvələrinin ölkənin cənubunda əks-hücum əməliyyatı keçirməsi fonunda Krıma qaçıb.
Bu barədə Y.Balitski Teleqram kanalında yaydığı videomüraciətində bildirib.
“Ailə vəziyyətimə görə mən bir müddət Zaporojye vilayətinin hərbi-mülki administrasiyasına Krım ərazisindən rəhbərlik etməyə məcbur olacağam”, - Y.Balitski qeyd edib.