• 16 İyul 2024
logo
İran da Rusiyanın ödəniş sisteminə qoşulur

İran da Rusiyanın ödəniş sisteminə qoşulur

İranın Rusiyanın “Mir” ödəniş sisteminə qoşulması yaxın günlərdə baş verə bilər.
Bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.
“Mir” sistemi proqram təminatı baxımından uyğunlaşdırılmalıdır. Düşünürəm ki, bu sistem yaxın günlərdə istifadəyə veriləcək", - Səfəri bildirib.
Qeyd edək ki, Rusiyanın “Mir” ödəniş sisteminin kartları hazırda Türkiyə, Vyetnam, Ermənistan, Cənubi Koreya, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyada istifadə olunur.