• 21 Fevral 2024
logo
186-cı gün: Rusiyanın itkiləri açıqlandı

186-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 186-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya indiyə qədər 46 750 hərbçi, 1 942 ədəd tank, 4 257 ədəd zirehli döyüş maşını, 1 050 ədəd artilleriya sistemi, 274 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 148 hava hücumundan müdafiə sistemi, 234 ədəd hərbi təyyarə, 202 ədəd helikopter, 3 171 ədəd avtomobil texnikası, 838 ədəd PUA, 196 qanadlı raket, 15 gəmi/qayıq, 99 xüsusi avadanlıq itirib.