• 23 Oktyabr 2024
logo
Ruslar Dnepropetrovska zərbələr endirdi

Ruslar Dnepropetrovska zərbələr endirdi

Gecə saatlarında Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol və Krivorojski rayonlarına zərbələr endirib.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.
"Ağır artilleriya qüvvələrinin 7 mərmisi Nikopola düşüb. Şəhərdə onlarla fərdi yaşayış evi, təlim mərkəzi və elektrik xətləri sıradan çıxıb. Demək olar ki, 5 min ailə işıqsız qalıb", - o bildirib.
Qeyd edək ki, atəş nəticəsində ölən və yaralanan olmayıb.