• 15 İyul 2024
logo
Ukrayna Rusiyaya məxsus silah anbarını vurdu

Ukrayna Rusiyaya məxsus silah anbarını vurdu

Ukrayna Silahlı Qüvvələrinin taktiki aviasiyası rusların Xersondakı hava hücumundan müdafiə obyektlərinə, Novopetrovkadakı əsas məntəqəsinə, canlı qüvvə və texnikasının toplandığı ərazilərə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Pivden” əməliyyat komandanlığı məlumat yayıb.
Məlumata əsasən, Ukrayna əraziyə 250-dən çox raket və artilleriya vasitələri ilə atəş açıb.
Belə ki, Ukrayna zərbələr nəticəsində Rusiyanın 2 "Smerç", 3 özüyeriyən “Qiasint” topu, "Pion" özüyeriyən artilleriya silahı, "Nona" özüyeriyən artilleriya və minaatan qurğusu, 5 ədəd zirehli və avtomobil texnikasını məhv edib. Bundan başqa, 24 rus əsgəri isə həlak olub.