• 27 İyul 2024
logo
Kurskda dəmiryol xətti partladıldı

Kurskda dəmiryol xətti partladıldı

Naməlum şəxslər Kursk vilayətində dəmir yolunu partladıblar.

Bu barədə Baza Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, relslərin partladılması avqustun 24-də səhər saatlarında dəmiryol işçisi tərəfindən aşkar edilib.

Bildirilib ki, dəmiryol xətti kustar üsulla düzəldilmiş 400 qram çəkisində olan partlayıcı maddə ilə partladılıb.

Partlayışın baş verdiyi sahədə qatarların hərəkəti dayandırılmayıb.