• 15 İyul 2024
logo
Fransa şirkəti rus qırıcılarını yanacaqla təmin edir

Fransa şirkəti rus qırıcılarını yanacaqla təmin edir

Fransanın “TotalEnergies” şirkəti Rusiya hərbi təyyarələri üçün yanacaq tədarükünə başlayıb.
Bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Nəşrin apardığı araşdırma nəticəsində məlum olub ki, şirkət aviasiya yanacağının istehsalı üçün qaz kondensatı tədarük edən müəssisədə 49% paya malikdir. Həmin müəssisə Rusiyanın Morozovskaya və Maltsevo aviabazalarını yanacaqla təmin edib. Hüquq müdafiəçilərinin araşdırmalarına görə, Donetsk vilayətindəki yaşayış məntəqələri, xüsusilə Mariupol bu bazaralardan qalxan təyyarələr vasitəsilə bombardman edilib.
Şirkətdən isə bildirilib ki, onlar qaz kondensatının hasilatı və satışı ilə bağlı qərarlar qəbul etmirlər. Bunu onların rusiyalı tərəfdaşları edir.