• 23 Oktyabr 2024
logo
Putin Krıma etdiklərini bütün Ukraynaya etmək istəyir

Putin Krıma etdiklərini bütün Ukraynaya etmək istəyir - Conson

Rusiya Prezidenti Vladimir Putin Krımla etdiklərini bütün Ukrayna ilə də etmək istəyir.
Bunu Böyük Britaniyanın eks baş naziri Boris Conson onlayn rejimdə keçirilən ikinci “Krım platforması” sammitində deyib.
"Görürük ki, Putin Ukraynanın yeni ərazilərinə hücum planlaşdırır. O, bütün Ukraynanı istəyir. Artıq Krıma etdiklərini Ukrayna ilə də etmək istəyir. O, ilhaq, saxta referendumlar hazırlayır", - Conson deyib.