• 23 Oktyabr 2024
logo
Buçada yanmış avtomobil Berlində sərgiləndi

Buçada yanmış avtomobil Berlində sərgiləndi

Berlində Ukraynanın Buça şəhərində rus qoşunlarının hücumundan qaçmağa çalışan 4 qadının güllələndiyi yanmış avtomobil sərgilənib.
Sərgi “Buçanın vəsiyyəti” adlanır.
Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin sözlərinə görə, bu sərgi sakinləri və Almaniya hökumətini Ukraynaya daha çox kömək etməyə təşviq edə bilər:
“Təəssüf ki, bizim yüksək qiymətləndirdiyimiz və minnətdar olduğumuz yardım bu müharibəni dayandırmaq üçün kifayət deyil. Bu müharibəni ancaq döyüş meydanında dayandırmaq olar, bu yolla Putin reallığa qayıtmağa, sərhədləri görməyə məcbur edilə və yalnız bundan sonra sülh üçün real şans yarana bilər".