• 4 Mart 2024
logo
Ukrayna müharibədəki itkilərini açıqladı

Ukrayna müharibədəki itkilərini açıqladı

Rusiya ilə müharibədə artıq 9 minə yaxın ukraynalı qəhrəman həlak olub.
Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.
“Bu müharibədə təkcə hərbçilər və ya əlinə silah götürənlər iştirak etmir. Burada və məhz bu vaxtda doğulmasından başqa heç bir şeydə günahı olmayan balaca övladlarımız da əziyyət çəkir. Onlar həqiqətən nə baş verdiyini başa düşmürlər. Amma mütləq Soledar, Baxmut, Velikaya Novoselkada qorunmağa ehtiyac duyurlar. Çünki ataları cəbhəyə gedib. Və bəlkə də ataları ölən 9 minə yaxın qəhrəmandan biridir”, - Zalujnı bildirib.