• 21 Fevral 2024
logo
Krımda partlayışlar: Rusiya etiraf etməyə qorxur

Krımda partlayışlar: Rusiya etiraf etməyə qorxur

Krımda baş verən son müəmmalı partlayışlar döyüş meydanındakı vəziyyəti kökündən dəyişir. Məlum oldu ki, Rusiya ələ keçirdiyi əraziləri müdafiə etmək iqtidarında deyil.
Bunu hərbi ekspert Oleq Jdanov deyib.
O bildirib ki, ruslar bu partlayışları kimin törətdiyini etiraf etməyə qorxur:
“Çünki bu onun məğlubiyyəti demək olacaq. Dünyanın ikinci ordusu 22-ci orduya qarşı tab gətirə bilmədi. Ona görə də Rusiya bütün bunları birtəhər susdurmağa çalışır. Və biz də hələ də bu oyunu oynayırıq. Biz də bu partlayışlara görə məsuliyyət daşımırıq ki, Moskvanın bizi aqressivlikdə ittiham etmək üçün əlavə əsası olmasın”, - o bildirib.
Jdanov vurğulayıb ki, hazırkı müharibə Ukraynanın, o cümlədən Krımın tamamilə işğaldan azad edilməsi ilə başa çata bilər:
“1991-ci ilin sərhədlərinə çatmaq şansımız var. Üstəlik, bu problemin həllində ən çətini elə başlanğıc olacaq. Əks-hücum əməliyyatının başlanğıcı”.