• 15 İyul 2024
logo
Ryazanda dəhşətli yanğın: 10 təyyarə, 7 helikopter göndərildi

Ryazanda dəhşətli yanğın: 10 təyyarə, 7 helikopter göndərildi

Rusiyanın Ryazan vilayətində baş verən meşə yanğınlarının söndürülməsi üçün 7 təyyarə və 10 helikopter göndərilib.
Bunu Ryazan vilayətinin qubernatoru Pavel Malkov deyib.
“Əlavə qüvvələr gəlməyə davam edir. Bu gün demək olar ki, burada misli görünməmiş resurslardan istifadə olunur - 7 təyyarə, 10 helikopter. Bütövlükdə heyət bu gün 900 nəfərə yaxın olacaq. Bütün bu qüvvələr əlaqələndirilir, federal və regional idarələr sıx əlaqədə işləyirlər”, - deyə Malkov bildirib.
Onun sözlərinə görə, güclü küləyin əsməsi zamanı yanğın ocaqları yaranır ki, bu da aviasiyanın işini çətinləşdirir.
Qubernator bildirib ki, yanğın riski aviasiyanın işləyə bilmədiyi gecə vaxtı daha da artır.